Paytaxtda yeni ilə hazırlıq gedir- Reportaj

Paytaxtda yeni ilə hazırlıq gedir- Reportaj

Paytaxtda yeni hazırlıq gedir. Yeni ilin gəlişinə sayılı günlər qaldı. Beləcə şəhərdə əsl bayram əhval-ruhiyyəsi hökm sürür. SİA-nın xəbərinə görə, artıq paytaxtda hazırlıq işlərinə start verilib. Şəhərin mərkəzi küçələri, parklar artıq yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilib. Bununla belə şəhərin mərkəzindəki mağazalara da yeni il üçün hədiyyələr və şam ağacları gətirilib. Hər il olduğu kimi bu dəfə də şam ağaclarının qiyməti onların böyüklüyünə görə dəyişir. Ən kiçik şam ağacının qiyməti 25, ən böyüyünün isə 90 manat təşkil edir. Bayramda uşaqları sevindirəcək Şaxta babaların qiymətində də ötən illərə nisbətən fərqlilik nəzərə çarpıb. Belə ki ən balaca şaxta babanın qiyməti 30, ən böyüyü isə 90 manatdır. Bakı dənizkənarı Milli Parkında da həm qış mövsümünün, həm də Yeni ilin gəlişinə hazırlıq işləri gedir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov sözlərinə görə, yeni il qabağı bulvar ərazisində 8 yerdə şam ağacı quraşdırılacaq ki, həmin ağacların da ölçüsünə görə ən böyüyü Kukla Teatrının arxasında, keçmiş "Dinamo" İdman Cəmiyyətinin yerində tikilən böyük meydançada olacaq. Nazim Məcidov ötən illərdən fərqli olaraq bu il şaxta baba və qar qızın işə götürülərkən onların görkəmlərinə də diqqət yetiriləcəyini bildirdi: "Şaxta baba hündür boy, qar qız isə incə olmalıdır. Ən əsası da onların intellektual səviyyəsi yaxşı olmalıdır. Dekabrın əvvəllərindən buz meydançasının quraşdırılmasına başlanılıb"- deyə Nazim Məcidov bildirib. Qeyd edək ki, hər il olduğu kimi bu ildə "Azneft" və "Azadlıq" meydanında quraşdırılacaq yolkalar digərlərindən bir qədər fərqlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə