2011-ci ilin noyabr ayı ərzində ANAMA tərəfindən 2, 576,943 kvadrat metr ərazi yoxlanıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 345 PHS və 8 ədəd tank/1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 178, 453,866 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 664,662 -dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Füzuli, Goranboy, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.
2011-ci ilin noyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB