Türkiyəli yazıçı Orxan Pamuk iki il əvvəl hindistanlı yazıçı Kiran Desai ilə Hindistanın Qoa kurortunda birlikdə istirahət edərkən paparassilərin "cəng"inə keçmişdi. Bir müddət Hindistanda qalmış Pamuk sevgilisinin yeni kitablarının nəşrində Desaiyə dəstək olmuşdu. "Kiranı çox sevirəm. Ağıllı, gözəl insan və böyük yazıçıdır. Hindistan onunla fəxr etməlidir", - Pamuk o vaxtlar demişdi.
"Sabah"a istinadən bildirilir ki, bu münasibətlərin sonu çatıb. Hazırda Nyu-Yorkda olan Pamuk "Colombus Circle" ticarət mərkəzində qalmaqallı erməni Kerolayn Fişekçi ilə birlikdə görünüb.
Fişekçi özünü "dünyanın ən seksual sənətkarı" adlandırır və provokasiyalara daha çox bənzəyən performansları ilə tanınır.
O, Pamukla əlaqələrini inkar etməyib: "İndi açıqlamalar verərək Orxanı pərişan etmək istəməzdim. Erməni və ya qalmaqallı sənətkar olmağım da bəlli. İndi nə mən deyim?! Bəli, Pamuk qoluma girmişdi və birlikdə idik".
Erməni rəssamın dediyinə görə, Pamukun incəsənətə və xüsusilə də rəngkarlığa marağı böyükdür: "O, həmişə müsahibələrində söyləyib ki, uşaqlıq və yeniyetməlik illərində rəssam olmaq istəyib. Ümumiyyətlə, çox danışmaq istəmirəm. Çünki erməni olmağım, qalmaqallı sənətçi kimi tanınmağım Pamukun imicinə zərbə ola bilər".
Fişekçi daha sonra bildirib ki, erməni olsa da, türklərə sayğısı böyükdür: "Orxan indi Braziliyadadır, az sonra Argentinada olacaq. Mənə gəldikdə isə türklərə sayğı bəsləyən, türklərlə nikahları olan nəslin mənsubuyam. İstanbulda doğulmuşam, Mimar Sinan Universitetinin rəngkarlıq fakültəsini başa vurmuşam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB