SAM-ın eksperti SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək

SAM-ın eksperti SSRİ-nin süqutuna həsr olunacaq konfransda iştirak edəcək
10-12 dekabr 2011-ci il tarixində Tiflisdə İliya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə iştirak edəcək Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Heydər Mirzə "Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli perspektivləri" mövzusunda məruzə ilə çıxış edəcək.

SAM-dan SİA-ya verilən xəbərə görə, konfransda SSRİ-nin çökməsi prosesi onun tərkibində olan dövlətlərdə və bölgələrdə gedən siyasi proseslər, Cənubi Qafqaz ölkələrinin tarixi konteksti və onların inkişafının strateji perpsektivləri, keçmiş SSRİ məkanında həll olunmamış münaqişələr və onların həlli yolları əsas müzakirə mövzuları olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə