Zeyno Baran Brayza “İslam, İslamçılıq və Qərb” haqqında danışıb - FOTO

Zeyno Baran Brayza “İslam, İslamçılıq və Qərb” haqqında danışıb - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ Səfirinin xanımı Zeyno Baran Brayza "İslam, İslamçılıq və Qərb" adlı mühazirə ilə çıxış edib.

Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə ADU-nun professor-müəllim və tələbə heyəti iştirak edirdi.


Öz nitqində Zeyno Baran sözügedən sahədə apardığı araşdırmaların nəticələri, İslamın inkişafı və bəzi ölkələrdə yayılan siyasi İslam fenomeni haqqında ətraflı məlumat verdi. Eyni zamanda, islam və demokratiya, islam və qadın haqları mövzuları haqqında öz fikirlərini bölüşdü. Z. Baran çıxışında İslam dininin yayıldığı ölkələrdə islam dinin inkişafı üçün yaxşı əhatə dairəsinin olduğunu bildirdi.

Eyni zamanda, İslam dininin tarixi, onun Avropada yayılması haqqında məlumatlar verdi. O , dində zorakılıq və dözülməzliyin əsas fikir olmadığını qeyd etdi.

Tədbirin sonunda Zeyno Baran Brayza tədbirə qatılan qonaqların və tələbələrin İslamın təsiri, Qərbdə müsəlmanlara münasibət, siyasi islamın anlayışı və digər maraqlı sualları cavablandırdı.

Qeyd edək ki, Xanım Brayza müsəlman hərəkatları, ABŞ Avrasiya siyasəti və enerji təhlükəsizlik məsələləri üzrə dünyada tanınan mütəxəssislərdən biridir. O, həmçinin "The Other Muslims: Moderate and Secular", "Torn Country: Turkey Between Secularism and Islamism" və "Citizen Islam" kitablarının müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com