195 telefon məlumat xidməti 15.690 müraciəti cavablandırıb

195 telefon məlumat xidməti 15.690 müraciəti cavablandırıb

2011-ci ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin 195 telefon məlumat xidmətində vergi ödəyiciləri və vətəndaşlardan daxil olmuş 15.690 sayda müraciət cavablandırılıb, vergi ödəyicilərinə 22.191 sayda mesaj göndərilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olmuş müraciətlərin 6748-nə canlı olaraq müfəttiş operatorlar, 8942-nə isə avtomatik rejimdə proqram təminatı tərəfindən cavab verilib. Müfəttiş operatorlar əsasən vergi növləri (20%), qeydiyyat (17%), elektron xidmətlər (23%) barədə sualları cavablandırmış, avtomatik rejimdə isə vergi növləri (76 %) və dövlət büdcəsinə olan borclar (24 %) barədə məlumat veriblər.

Vergi ödəyicilərindən daxil olan sualların 99,3 %-nə müfəttiş-operatorlar dərhal, 0,7 %-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab vermişlər. Sualların 83,6%-i Bakı şəhərindən, 12,7%-i mobil operatorlardan, qalanı isə regionlardan daxil olmuşdur.


Bütün xəbərlər Facebook səhifəmizdə