ATGTİ nümayəndələri Moskvada beynəlxalq tədbirdə iştirak edəcəklər

ATGTİ nümayəndələri Moskvada beynəlxalq tədbirdə iştirak edəcəklər

10-19 dekabr 2011-ci il tarixləri arasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək \"MDB gəncləri - ictimai diplomatiyanın gələcəyi\" adlı beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru İradə Dadaşova və təşkilatın mətbuat katibi Məcid Musayev Rusiya Federasiyasına səfər edəcəklər.

ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi xəbərə görə, tədbirdə MDB ölkələrini təmsil edən 150-yə yaxın gənc iştirak edəcək.

Rusiyanın Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən "Rossotrudniçestvo" tərəfindən reallaşdırılan tədbir zəngin proqrama malikdir. Proqram çərçivəsində iştirakçılar Moskva Kremli ilə tanış olacaq, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) MDB məkanında ictimai diplomatiya mövzusunda dəyirmi masalara qatılacaq, layihələrin yazılması və faundreyzinq (əlavə maliyyə vəsaitinin toplanılması) mövzularında mütəxəssislər tərəfindən keçiləcək dərslərdə iştirak edəcəklər.

Tədbirin mədəni hissəsində isə iştirakçılar Tretyakov qalereyasına və A.S.Puşkin adına muzeyə gedəcəklər. Tədbir çərçivəsində iştirakçılar RFƏA-nın rəhbəri, F.M.Muxametşinlə də görüşəcəklər.

Qeyd edək ki, ATGTİ bu günə qədər Rusiyada keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, qarşılıqlı səfərlərdə olmuş və İttifaqın fəalları Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə