AŞPA Monitorinq Komitəsinin üzvü: \"Münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara bağlı məsələlər də “Amnesty İnternational”ın hesabatına salınmalı idi\"

AŞPA Monitorinq Komitəsinin üzvü: \"Münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara bağlı məsələlər də “Amnesty İnternational”ın hesabatına salınmalı idi\"

\""Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan vətəndaşlarının fundamental hüquqları pozulub. Münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara bağlı məsələlər də hesabata salınmalı idi". SİA-nın xəbərinə görə, bunu Sloveniya parlamentinin və AŞPA Monitorinq Komitəsinin üzvü Zmago Jelinchic "Amnesty İnternational" təşkilatının hesabatına münasibət bildirərkən deyib. O bildirib ki, bir neçə nəfərin mövqeyi ümumi meyar olaraq açıqlana bilməz. Onun sözlərinə görə, Azərbaycanda 2700-dən artıq QHT fəaliyyət göstərdiyi halda, qərəzli olaraq bu həqiqətdən yan keçilib, seçkilərə birtərəfli yanaşılıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun hüquqlarının pozulması ilə bağlı açıqlamalarının hesabata salınmasına da münasibət bildirən parlament üzvü qeyd edib ki, bu şəxs QHT adından istifadə etməklə kiçik ofisini 1 milyon dollara yaxın qiymətə satmaq istəyir. Onun fikrincə, Nyu-Yorkun ən bahalı küçələrində o həcmdə tikili bu qiymətə satılmır.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə