Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir

Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir

Bakıda torpaq sürüşməsi olub. Sürüşmə Suraxanı rayonu ərazisində Zığ qəsəbəsi ərazisində, qəsəbənin şimal hissəsində qeydə alınıb. SİA-nın məlumatına görə, ərazidə torpaq sürüşməsi nəticəsində beton plitələr aşıb. Həmçinin həyətlərin daş hasarları uçub. Bəzi evlərin divarlarında çatlar yaranıb. 43 saylı binanın yaxınlığında baş verdiyindən bina üçün təhlükə yaranıb. Suraxanı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda hadisə əlaqəli qurumlardan ibarət komissiya araşdırma aparır: "Dəqiq nəticələr və görülən tədbirlər müəyyən ediləndən sonra ictimaiyyətə məlumat veriləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə