MDB-nin humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərləri Moskvada toplanır

MDB-nin humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərləri Moskvada toplanır

9 dekabrda Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərlərinin növbəti koordinasiya müşavirəsi keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycanı bu müşavirədə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təmsil edəcək. İsmayıl İsmayılov eyni zamanda MDB ölkələri bədən tərbiyəsi və idman haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman şurasının sədridir.

Koordinasiya müşavirəsi zamanı 2020-ci ilə qədər MDB ölkələrinin iştirakçılarının bədən tərbiyəsi və idman haqqındastrateqiyasının, MDB-də İdman vəsağlam həyatili üçün əsas konsepsiya və tədbirlər planının işlənilməsi, MDB-nin dövlətlər arası ekoloji məsləhət şurasının yenidən bərpası, 2012-ci il İdman və sağlam həyat tərzi ilinin informasiya vasitələrində işıqlandırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbir 10 dekabr tarixində işinə yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə