Tərtərdə \"Soxulcan evi\" açılıb

Tərtərdə \"Soxulcan evi\" açılıb

Bu ev ilk baxışdan qeyri adi səslənsə də, bölgədə kənd təsərrüfatının inkişafı üçün yaradılıb.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtərin Buruc kəndində \"Soxulcan evi\" açılıb.

Qeyri Hökümət Təşkilatlarının dəstəyi ilə açılan \"Soxulcan evi\" bölgədə kənd təsərrüfatının inkişafı üçün yaradılıb. Bərdə və Tərtər rayonlarında ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu soxulcanlardan səmərəli istifadə edəcəklər. Kaliforniya soxulcanları məhsulun inkişafına müsbət təsir göstərir. Biohumusun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var.

Mütəxəsislər hesab edir ki, biohumus təkcə torpaq münbitliyinin yaxşılaşdırılmasına deyil, ətraf mühitin çirklənməsinin qarşısını alır.

Qeyd edək ki, gələcəkdə bu evdən Kaliforniya soxulcanlarının satışı da həyata keçiriləcək.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə