Gəncə və ətraf rayonlarda cari ilin müvafiq dövrü ərzində 8534 nəfərə əlillik statusu verilib. Bunlardan 305 nəfəri uşaqdır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər 25 saylı Tibbi Sosial Ekspertiza Komissiyasından məlumat verilib.
Məlumatda o da bildirilir ki, əlillik statusu alan şəxslərdən 127 nəfəri birinci, 7544 nəfəri ikinci, 863 nəfəri isə üçüncü qrupdur.
Bu vətəndaşlardan 103 nəfəri ağır vəziyyətdədir. 441 nəfəri reabilitasiyaya göndərilib, 120 əlil tam müalicə alıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB