Kəmaləddin Heydərov: “Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz oluna bilər”
\"Bakıdakı köhnə binaların bir
hissəsinin sökülərək yenisi ilə əvəz olunması istisna edilmir. SİA-nın xəbərinə görə, bunu
jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov
bildirib. O bildirib ki, nazirlik sovet
dövründə və ondan əvvəlki illərdə tikilmiş binaları araşdırır.
Araşdırmalar Bakının müxtəlif ərazilərində, o cümlədən
mikrorayonlarda aparıldığını deyən K.Heydarov vurğulayıb ki, tarixi binaların
isə hamısı araşdırılır. "Araşdırmalara bu yaxınlarda Türkiyədə baş verən və
böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra başlanılıb. Araşdırmalar
göstərib ki, paytaxtdakı bəzi binaların konstruksiyaları zəifdir, bunlar daha
çox "Xruşşovka" adlanan binalara aiddir. Nazirlik bu araşdırmaları başa
çatdırdıqdan sonra yaxın vaxtlarda hökumət qarşısında həmin binalarda bərpa
işlərinin aparılması və ya həmin binaların sökülərək yerində yeni binaların
tikilməsi təklifi ilə çıxış edəcək. Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda
rəsmiləşəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB