Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri Kəmaləddin Heydərovla görüşüb-YENİLƏNİB
Bu gün Amerika-Azərbaycan Ticarət Palatası (AATP) növbəti işgüzar gözürüşünü keçirib. SİA-nın xəbərinə görə, palata üzvləri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb.
Görüşdə çıxış edən Kəmaləddin Heydərov başçılıq etdiyi nazirliyin yaradılması, funksiyaları, strukturu, fövqəladə hallar və təbii fəlakətlər zamanı xilasetmə işlərinin yüksək səviyyədə aparılması üçün görülən işlər barədə məlumat verib. O bildirib ki, hər bir ölkədə baş verən təbii fəlakətlər onun iqtisadiyyatına ciddi ziyan vurur. Nazirin sözlərinə görə, bunların qarşısını almaq üçün, hər il Azərbaycan iqtisadiyyatının daha da inkişafı üçün layihələr keçirilir, investisiya layihələri icra olunur.
"Azərbaycanın həyata keçirilən çoxsaylı islahatlar iqtisadiyyatın inkişafı təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda da müşahidə edilib. Əhalinin həyat səviyyəsi günü-gündən yaxşılaşır. hazırda Azərbaycanda istənilən təbii fəlakət və ya texnogen qəza zamanı yüksək səviyyədə xilasetmə işləri görmək üçün peşəkar strukturlar formalaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə strukturlarının maddi-texniki bazasının yaradılması üçün ən müasir avadanlıqlar alınıb. Hazırda bu işlər davam etdirilir, mütəxəssislər xarici ölkələrdə təlimlər keçir. FHN-in strukturlarının maddi-texniki bazasının qurulması və təlimlər keçirilməsi üçün ABŞ şirkətləri və strukturları ilə yaxından əməkdaşlıq edilir.
Nəticədə nazirliyin strukturları təkcə Azərbaycanda yox, qonşu ölkələrdə də baş verə biləcək təbii fəlakət və ya texnogen qəza hallarında xilasetmə işləri aparmağa qadirdir", - deyə nazir qeyd edib.
Çıxışının sonunda Kəmaləddin Heydərov qonaqlara hədiyyə təqdim edib. Amerika-Azərbaycan Ticarət Palatası isə öz növbəsində naziri ilin qonağı elan edib.
Tədbirin davamında "Kempenski Badamdar" hotelinin və "Norm" Sement Zavodunun təqdimatları keçirilib.
Qeyd edək ki, belə görüşlər hər ayın sonunda təşkil olunurş bu da özəl sektorlarla dövlət sektorları arasında dialooqun tənzimlənməsinə xidmət edir. Amerika-Azərbaycan Ticarət Palatası (AATP) 1996-cı ildən fəaliyyət göstərir və 240-dan artıq üzvləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB