Vüqar Rəhimzadə: “Mətbuata aid olmayan insanlar mətbuatın fəaliyyətinə xələl gətirən addımlar atırlar”

Vüqar Rəhimzadə: “Mətbuata aid olmayan insanlar mətbuatın fəaliyyətinə xələl gətirən addımlar atırlar”

"Bəzi hallarda mətbuata aid olmayan insanlar mətbuatın fəaliyyətinə xələl gətirən addımlar atırlar". SİA-nın xəbərinə görə, bunu "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda keçirilən konfransda Mətbuat Şurasının Reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə bildirib. Onun sözlərinə görə, 89 qəzetin adı "qara siyahı"da yer alır:

"Həmin jurnalistlər əsasən büdcə təşkilatlarına üz tuturlar. Adı olub fəaliyyəti olmayan qəzetlərin əməkdaşları insanların şərəf və ləyaqətini alçaldan məlumatlar yaymaq istəyirlər. Bəzi hallarda məktəb direktorları "reket" jurnalistlərin təqdim etdikləri saxta diplomları öz kabinetlərindən asırlar".

Vüqar Rəhimzadə həmçinin bildirib ki, bu gün Azərbaycanda redaksiyaların durumunun yaxşılaşdırılması ilə bağlı çox işlər görülüb. Milli mətbuatın təməl prinsiplərindən danışan baş redaktor dövlət rəhbərliyi tərəfindən KİV-ə çox böyük dəstəyin göstərildiyini dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə