"Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq magistral kəmərlərin yenilənməsi işləri aparılır.
"Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, dekabrın 8-də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə - 1-ci, 2-ci, 3-cü mikrorayonlara, 2-ci Alatava yaşayış massivi və Rəsulzadə qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində gün ərzində məhdudiyyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB