Qərb bölgəsində əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə tədbirlər görülür
Qərb bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan "Gəncə Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, Göygöl elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində həyata keçirilmiş yenidənqurma işləri çərçivəsində 1130-dan artıq dayaq basdırılmış, 56,2 kilometrə yaxın koaksial kabel və 71,3 kilometrə yaxın 0,4 kV-luq SİP kabel çəkilib. Bununla yanaşı, 3 ədəd TM və 5 ədəd KTM quraşdırılıb.
Təmir işləri zamanı 10 və 6 kV-lik "Göygöl", "Nadel", "Kökəltmə" və digər hava xətlərinin ümumilikdə 3,8 kilometrə yaxın hissəsi və 0,4 kV-lik xətlərin isə 4,2 kilometrdən artıq hissəsi əsaslı təmir edilib. Eyni zamanda ümumi gücü 52,2 MVA-ya yaxın olan 132 ədəd transformator əsaslı və cari təmir edilib.
Şəmkir EŞ-dən əldə edilən məlumata görə, rayonun elektrik sisteminin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm işlər görülüb. Bu baxımdan, şəbəkənin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Belə ki, rayon ərazisində 1300-dən çox dayaq quraşdırılmış, 32,2 kilometrdən artıq koaksial kabel, 43,2 kilometrdən artıq isə 0,4 kV-luq SİP kabel çəkilib. Bununla yanaşı, 2 ədəd TM və 5 ədəd KTM quraşdırılıb.
Onu da qeyd edək ki, şəbəkənin balans mənsubiyyətinə aid olan 10 kV-lik "Çınqıl", "V. Xuluflu", "Posanlı" və digər xətlərin 24,7 kilometri də təmir edilib. Eyni zamanda yenidənqurma və təmir işləri 0,4 kV-lik şəbəkədən də yan keçməyib. Belə ki, sözügedən gərginlikli şəbəkənin 22,3 kilometrə yaxın hissəsi təmir edilmiş və 12 kilometrə yaxın isə yeni xətt çəkilib. Bütün bunlarla yanaşı, 207 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış və ümumi gücü 84,3 MVA-dan çox olan 200-dən artıq transformator təmir olunub.
Qazax EŞ-in xidməti ərazisində isə elektrik sisteminin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə 10 və 6 kV-lik 1-ci və 2-ci "Şıxlı", "Daş Salahlı", "Hüseyinbəyli", "Qazaxbəyli" və digər hava xətlərinin 8,6 kilometrə yaxın hissəsi təmir edilib. 0,4 kV-lik xətlərin isə 12 kilometrdən artıq hissəsində təmir işləri aparılıb.
Yeri gəlmişkən, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 7-də əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 22 MVA-ya yaxın olan 79 ədəd transformator da təmir edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB