Azərbaycan hökuməti Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılmasını təsdiq edib
Azərbaycan Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarına əsasən, Maliyyə Nazirliyinə Mərkəzin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələləri müəyyən olunmuş qaydada həll etmək, Əmlak Məsələləri Dövlət Komitəsinə Mərkəzin fəaliyyət göstərməsi üçün müvafiq yerin ayrılması barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bu günədək Mərkəz Müəllif Hüquqları Agentliyində ictimai əsaslarla fəaliyyət göstərib. Mərkəzin yaradılmasında məqsəd müraciətlərə baxılmanın operativliyinin daha da artırılmasıdır.
Həmçinin, yeni yaradılacaq mərkəzdə həm agentliyin mütəxəssislərinin, həm də müəllif hüquqları və əlaqəli hüquqlarla maraqlanan digər şəxslərin hazırlığının artırılması üçün işlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB