Yaxın vaxtlarda Rusiya Müdafiə Nazirliyi nazirlik rəhbərinin müavini Anatoli Antonovu Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı məsələlərin qəti həlli məqsədilə danışıqlar aparmaq üçün Azərbaycana göndərəcək. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin katibi İrina Kovalçuk deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər arasında hərbi sahədə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini, Qəbələ RLS-dən fəaliyyət müddətinin uzadılması, istifadə prinsipləri və şərtləri müzakirə ediləcək: " Artıq bunula bağlı Rusiya müdafiə naziri Anatoli Serdyukov Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə danışıqlar aparıb. Bu məsələlərin qəti həlli üçün yaxın vaxtlarda dövlətlərarası danışıqlara başlamaq planlaşdırılır. Bu məqsədlə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovun rəhbərlik etdiyi Rusiyanın idarələrarası nümayəndə heyətinin Bakıya göndərilməsi barədə qərar qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB