Hüseyn Bağırov: “Atmosferə atılan 34 milyon ton karbon tullantısının 14-17 milyon tonu nəqliyyatın payına düşür” - MÜNASİBƏT
Son 20 ildə Azərbaycan iqtisadiyyatı 3-4 dəfə artsa da atmosferə atılan karbon birləşmələrinin həcmi 2 dəfə azalıb. SİA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, bu müddət ərzində atmosferə təxminən 34 milyon ton karbon tullantısı atılıb ki, bunun da 14-17 milyon tonu nəqliyyatın payına düşür: "Azərbaycanda yeni meşələrin salınması nəticəsində meşələrlə örtülən ərazi ölkə ərazisinin 11,8 faiz çatdırılıb. Eyni zamanda hazırda 1 milyon hektardan çox ərazi müfahizə olunur ki, bu da ölkə ərazisinin 10 faizdən də çoxunu təşkil edir. Eyni zamanda nazirlik yarandıqdan sonra Azəraycanda 5 milli park yaradılıb. Bu istiqamətdə işlər davam etdirilir".
Nazirin sözlərinə görə, ətraf mühitə ən çox ziyan vuran amillərdən biri də maldarlıqdır: "Mal-qaranın sayının normadan çox olması torpağın və bitkilərin özünü bərpa etməsinə imkan vermir. Problemin həlli üçün iri fermaların yaradılması və yem bazasının effektiv istifadə olunması zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB