Xarici İşlər Naziri Elmar Məmmədyarov 6 dekabr 2011-ci il tarixində Litvanın paytaxtı Vilnüs şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Böyük Britaniyanın Xarici İşlər Naziri Uilyam Heyqlə keçirilmiş görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Britaniya tərəfi Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluq bildirib.
Gürcüstanın Xarici
İşlər Naziri Qriqol Vaşadze ilə görüşən Nazir Elmar Məmmədyarov Gürcüstanlı
həmkarı ilə Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələr və regionda
mövcud olan münaqişələrin həlli perspektivlərini müzakirə edib. Görüşdə həmçinin beynəlxalq təşkilatlar
və GUAM çərçivəsində əməkdaşlıq, eyni zamanda enerji sahəsində əməkdaşlıq məsələləri
müzakirə edilib.
Daha sonra Nazir Elmar Məmmədyarov Litva Respublikasının Xarici İşlər Naziri Audronius Ajubalislə görüşüb. Litva tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatını yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eyni zamanda, BMT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB