İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Xalq Partiyasının təmsilçisi ilə görüşüb
İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndələri Emil Mirzoev və Elyar Məhərrəmov İsveç parlamentində inteqrasiya məsələləri üzrə məsul şəxs, Xalq Partiyasının təmsilçisi İsmayıl Kamillə görüşüblər. SİA-nın xəbərinə görə, görüşdə əsasən Azərbaycan gənclərinin işsizlik və İsveç cəmiyyətinə inteqrasiyası müzakirə olunub. E.Mirzoyev deyib ki, konqresin əsas məqsədi İsveçdəki gənc azərbaycanlılara kömək etmək, onların iş, təhsil, dil öyrənilməsi, diskriminasiya və irqçiliklə bağlı qarşılaşdıqları problemlərin aradan qaldırılmasıdır.
E.Məhərrəmov isə vurğulayıb ki, İsveçdə yaşayan azərbaycanlı gənclərin ölkənin əmək bazarına cəlbi, yüksək təhsil alması üçün bir sıra layihələr hazırlanıb və baxılması üçün İsveç hökumətinə təqdim edilib. İ.Kamil konqres üzvlərinə məlumatlara görə təşəkkür edib və deyib ki, qeyd edilən problemləri ölkənin inteqrasiya məsələləri üzrə naziri Erik Ullenhaqomla müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə