Nazir müavini : «Əlillik dərəcələrinin təyinatı daima nəzarətdədir”
\"Bu gün ölkədə əlillik dərəcələrinin təyinatı nəzarətdədir\". SİA-nın bölgə müxbirini məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov məlumat verib. Onunun sözlərinə əsasən əlillik dərəcələri təyin edilən vətəndaşlar qurumun daxilində yaradılan Sosial Ekspertiza Komissiyasının nəzarətindən keçir.
\"Əlilik dərəcəsi alan vətəndaşların əlil olub olmaması xüsusi yoxlanılır. Bu prosesə Nazirliyini daxilində yaradılan Sosial Tibbi Ekspertiza Komissiyası xüsusi nəzarət edir. Ümumiyyətlə, bu istiqamətdə islahatlar aparılır. Səhiyyə Nazirliyi ilə birlikdə işlər həyata keçirilir. Biz tibbi sosial ekspertiza komissiyalarının strukturunu dəyişdik və sayını artıqdır. Ancaq bu yenə də kifayət etmir və bu sahə xüsusi nəzarət altındadır\", - deyə İ. Rəhimov əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB