Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyası sınaqdan keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyası sınaqdan keçirilib

Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası beynəlxalq müqayisəli sınaqlarda ən düzgün nəticəni göstərib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası beynəlxalq müqayisəli səriştəlilik sınaqlarında iştirak edib. Böyük Britaniyanın nüfuzlu UKAS akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuş FAPAS və LGC Standarts təkilatlarının keçirdikləri sınaqlarda 50-yədək xarici ölkənin müvafiq laboratoriyası iştirak edib.


Beynəlxalq müqayisəli sınaqlarda AzTEST-in qida məhsullarında mikrobiologiya, fiziki-kimyəvi və toksik metallar üzrə sınaqlarının nəticəsi ən düzgün nəticə hesab edilib.


Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının Almaniya Akkreditasiya Qurumunda (DAkkS) akkreditasiya olunması üzrə işlər aparılır. Beynəlxaq müqayisəli sınaqlarda əldə edilmiş nailiyyət də bu prosesdə ən mühüm şərtlərdən biridir.


Bütün xəbərlər Facebook səhifəmizdə