ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında nümayəndə heyətləri rəhbərlərinin çıxışları başa çatıb
ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci toplantısında nümayəndə heyətləri rəhbərlərinin çıxışları başa çatıb. ATƏT-in tərəfdaşı olam Monqolustan, Əfqanıstan, Yaponiya, İsrail, Koreya və digər ölkələrin təmsilçiləri də toplantıda çıxış ediblər. Natiqlər çıxışlarında ATƏT çərçivəsində əməkdaşlığın inkişafı, həlli uzadılmış münaqişələrin nizamlanması, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, Əfqanıstanda təhlükəsizliyin təminatı məqsədilə əməkdaşlı və digər məsələləri müzakirə ediblər. Əksər nazirlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışlarında ATƏT-ə 2014-cü ildə İsveçrənin, 2015-ci ildə isə Serbiyanın sədrlik etməsi təşəbbüsünü dəstəkləyiblər. Çıxışlar başa çatdıqdan sonra ATƏT XİN Şurasının 18-ci iclasının yekun sənədinin mətnini razılaşdırmaq məqsədilə müzakirələr başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB