Qobustan və Xırdalan EŞ-də təmir işləri davam edir

Qobustan və Xırdalan EŞ-də təmir işləri davam edir

İstehlakçıların payız-qış mövsümündə dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, yarımstansiyaların vaxtında keyfiyyətli təmirini yerinə yetirməklə onların maksimal enerji ötürmək imkanlarının artırılması, enerjinin ötürülməsi və paylanmasında itkilərin azaldılması, məqsədi ilə Regional elektrik şəbəkələrində (REŞ) qış mövsümünə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir.

\"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, xidməti ərazilərində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə "Sumqayıt Regional Elektrik Şəbəkəsi"nin (REŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda da bir sıra cari və əsaslı təmir işləri yerinə yetirilib. Tədbirlər planına uyğun olaraq, 35 kV-lik "Qobustan Şəhər" yarımstansiyasında eyni gərginlikli 3 ədəd, 10 kV-lik isə 24 ədəd yağ açarları təmir edilmiş və 4 ədəd yeni cərəyan transformatoru quraşdırılıb. Eyni zamanda "Nərimanov", "Təklə" və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri aparılıb, o cümlədən müxtəlif gərginlikli 33 ədəd yağ açarı təmir edilib və 3 dəsti isə quraşdırılıb. 35 kV-luq "Şamaxı-Qobustan" hava xəttində isə 7 ədəd dayaq və 1,5 kilometr uzunluğunda məftil dəyişdirilib. Qeyd edək ki, müəssisənin xidməti ərazisində 69 TM, müxtəlif gücdə 3 ədəd transformator təmir olunub, 700 metrdən artıq müxtəlif markalı kabel dəyişdirilib. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik "Ərəbqədim", "Mərəzə", "Təklə" və digər hava xətlərində də müxtəlif təyinatlı həyata keçirilib, 54 ədəd dayaq və 5 kilometrə yaxın məftil yenisi ilə əvəz edilib.

Xırdalan EŞ-dən əldə edilən məlumata görə, "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə burada da müxtəlif təyinatlı yenidənqurma və təmir tikinti işləri yerinə yetirilib. Belə ki, Xırdalan şəhəri üzrə 5 ədəd transformator əsaslı təmir olunub, bir ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Eyni zamanda 3,2 kilometr naqil və 579 metr kabel xətti yenisi ilə əvəz edilib, 320 metr SİP kabel xətti çəkilib. Qeyd olunub ki, analoji təmir işləri şəbəkənin xidməti ərazisi olan Güzdək, Hökməli, Masazır, Qobustan və Qobu kəndlərində də aparılıb. Sözügedən ərazilərdə ümumilikdə 7,6 kilometrdən artıq naqil yenisi ilə əvəz edilib, 900 metrdən çox SİP kabel xətti çəkilib, 2 ədəd transformator daha güclüsü ilə əvəzlənib, 3 ədəd transformator təmir edilib və 10 dayaq quraşdırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə