Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Gəncə şəhərində olaraq, nazirliyin həmin bölgə üzrə ümumilikdə 10 rayonundakı strukturlarının fəaliyyəti ilə bağlı nazirliyə şikayət ərizələri ünvanlayan vətəndaşlarla görüşüb. SİA-nın xəbərinə görə, həmin vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, yazdıqları şikayət ərizələrinin əsassız olduğu müəyyən edilib və qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə həmin vətəndaşlara ətraflı izahatlar verilib.
Bununla yanaşı, bir sıra şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi və bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib. Vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz şəkildə yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verilib. Aztəminatı ailələrin bir qisminin potensial imkanları nəzərə alınmaqla onların gələcəkdə birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB