Arif Vəliyev: “Azərbaycanda bu ay infilyasiya 8 faiz səviyyəsində qalacaq” - MÖVQE
Azərbaycanda dekabrda qaldırılan bəzi xidmət haqlarına görə, infilyasiyanın həcminin 1-1,5 faiz artması proqnozlaşdırılır. SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. Komitə sədri deyib ki, mütləq ifadədə ÜDM-in həcminin ilin sonunda təqribən 50 milyard manat təşkil edəcəyi gözlənilir. Azərbaycanda 2011-ci ilin yekunlarına görə ÜDM-in artım sürətinin 0,1-0,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
O, bu ilin yekununa görə infilyasiyanın 8 faiz səviyyəsində proqnozlaşdırıldığını da vurğulayıb. Onun sözlərinə görə, yanvar-noyabr ayları üzrə illik infilyasiya 8 faizə bərabər olub. Ümidvaram ki, dekabrda qaldırılan bəzi xidmət haqlarına baxmayaraq, infilyasiya 8 faiz səviyyəsində qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB