Hicran Hüseynova: \"Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində işlər aparılıb\" - AÇIQLAMA

Hicran Hüseynova: \"Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində işlər aparılıb\" - AÇIQLAMA

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində işlər aparılıb. SİA-nın xəbərinə görə, bunu Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib.

O qeyd edib ki, 125 millət vəkilindən 20-i, o cümlədən vitse-spiker və komitə sədrlərindən biri qadındır: "Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 26,5 faizə çatıb. Əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi dövlət sektorlarında çalışır. Sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33 faiz təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə