Müsabiqənin qalib jurnalistləri mükafatlandırıldı - (FOTOSESSİYA)

Müsabiqənin qalib jurnalistləri mükafatlandırıldı - (FOTOSESSİYA)

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə bağlı keçirdiyi birgə müsabiqənin qaliblərinin adları açıqlanıb. SİA-nın məlumatına görə, KİVD-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 7 istiqamət üzrə 42 yazı təqdim olunub: "Müsabiqədə fərdi jurnalistlər iştirak edib. 1-ci yerin qaliblərinə 1000 manat, 2-ci yerin qaliblərinə 800 manat, 3-cü yerin qaliblərinə isə 600 manat mükafat ayrılıb. Bununla belə jurnalistlərə 300 manat dəyərində həvəsləndirici mükafat təqdim olunur. 11 nəfər jurnalist isə mükafatlanmadan kənarda qalıb. Onlara gələn müsabiqələrdə uğurlar arzulayıram".


Qeyd edək ki, qalib gələn jurnalistlər sırasında "Yeni Azərbaycan", "Bakı Xəbər", Lent.az, "Həftə ici", "Palitra", "Zaman", "Mövqe", "Şərq", "Türküstan", "Xalq Cəbhəsi", "Mərkəz", "Yeni müsavat"ın redaktor və jurnalistləri var.


Qeyd edək ki, qalib yazarlara KİVD-nin diplomları da təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə