2011-ci ilin noyabr ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) "Qaynar xətt"inə 121 müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən məluamata görə, müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq qanuna müvafiq tədbirlər görülüb.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 97 müraciətə dair yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 13 müraciətlə bağlı araşdırma aparılarkən 3 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb. Daxil olan 10 müraciət isə öz təsdiqini tapmayıb.
Atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, məişət tullantılarının qalaqlanması, səs-küy, yerin təkindən istifadə və elektromaqnit şüalanma ilə əlaqədar daxil olan 11 müraciətdən 2-si ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. 7 müraciət isə öz təsdiqini tapmayıb, amma 2 müraciət icradadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB