“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” adlı konfrans keçiriləcək
Sabah "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda elmi- praktiki konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə dövlət qurumlarının, millət vəkillərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.1-ci və Nazirliyin 2011-ci ilin II yarımilliyi üçün iş planının IV bölməsinin 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə gerçəkləşir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB