Kənd zəhmətkeşləri havaların qeyri-sabit keçməsinə baxmayaraq bölgələrdə taxıl səpinini davam etdirir. Bu səbəbdən də sahələrdə qızğın iş gedir. Bir müddətdir davam edən yağmurlu hava şəraiti bəzi problemlər yaratsa da kənd sakinləri nadir keçən günəşli hava şəraitindən səmərəli istifadə edə bilir. Belə bir hava şəraitində kəndlilər taxıl səpini üçün sahələrə üz tutub. Kimisi torpaq şumlayır, kimisi taxıl səpir. Qeyd edək ki, Bərdədə fermerlər hava şəraiti ilə əlaqədar səpini gec aparsalar da bu günlərdə başa çatdırmağı planlaşdırırlar. Kəndlilər daha yaxşı məhsul eldə etmək üçün bölgəyə uyğun sort taxılı səpir. Hazırda payızlıq səpin ləngisə də fermerlər bu il taxılın bol olacağına ümid edirlər.
Qeyd edək ki, vaxtında biçin işlərinin yekunlaşdırılması üçün rayon rəhbərliyi tərəfindən fermerlərə texnikalar ayrılacaq.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB