Beynəlxalq Diaspor Mərkəzi Sumqayıtda \"Biz yenə qayıdacağıq\"adlı tarixi sərgi təşkil edir
Samir Adıgözəlli həmçinin xatırladıb ki, 1996-cı ildə ermənilər "Naxçıvan qardaşları cəmiyyəti"ni yaradaraq geniş şəkildə Naxçıvanın qədim erməni torpağı olmasını sübut etməyə çalışıblar. Onun sözlərinə görə, bununla əlaqədar olaraq onlar Avropada, ABŞ-da müxtəlif simpoziumlar, konfranslar, sərgilər keçirərək tarixi saxtalaşdırmağa çalışırlar: \"Bütün bunlara qarşı biz də mərkəz olaraq öz etirazımızı bildirərək əski fotoşəkillərdən ibarət sərgi keçirməyi qərara aldıq. Sərginin adını da prezident İlham Əliyevin çıxışından götürülən bir cümlə ilə-"İrəvan Azərbaycanın tarixi torpaqlarıdır və biz o torpaqlara bir də qayıdacağıq" şüarından çıxış edərək " Biz qayıdacağıq" adlandırdıq\".
\"Qeyd edim ki, biz bu sərgini oktyabr ayında Türkiyə Cümhuriyyətinin Qars və İğdır şəhərlərində təşkil etdik. Qarsın Qafqaz Universitetində keçirilən tədbirimizdə təşkil olunan fotosərgi tələbələr tərəfindən böyük maraqla qarşılandı. İğdır Kültür salonunda isə biz həmin xanlıqların tarixinə dair nadir eksponatları nümayiş etdirərək İrəvan və Naxçıvanın əzəli Azərbaycan torpaqları olduğunu sübut etdik. Gələcəkdə isə bu tip sərgilərin Ukraynada, Çexiyada, Belarusda, Rusiyanın müxtəlf şəhərlərində, xüsusilə də San-Peterburqda keçirilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB