Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə "Jurnalistlər üçün qış məktəbi" layihəsi həyata keçirir. 7-10 dekabr 2011-ci il tarixində İsmayıllı rayonu "Qaya" istirahət mərkəzində baş tutan layihənin açılış mərasimi keçiriləcək. Qurumdan SİA-ya verilən xəbərə görə, ARGTMŞ sədri Fuad Muradov, İsmayıllı rayonun icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Novruz Aslan, millət vəkili Rövşən Rzayev və ölkə mətbuatını təmsil edən jurnalistlər iştirak edəcək.
Layihə çərçivəsində gün ərzində 3 mövzu ətrafında müzakirələr aparılacaq. "Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli", "Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi", "Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?", "Media hüququ və Azərbaycan gerçəkliyi", "Fotojurnalistika və Azərbaycan reallığı", "Qarabağ problemi Azərbaycan mətbuatında", "Blogerlik və sosial jurnalistika" mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar keçirilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq.
Qeyd edək ki, layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplomlarla və hədiyyələrlə təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB