1,5 - 2 tona yaxın qan tədarükü gözlənilir

1,5 - 2 tona yaxın qan tədarükü gözlənilir

Bu gün "Aşura günü" ilə əlaqədar kecirilən qanvermə aksiyasında saat 13:00-dək 1150 nəfər qan verib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür.

Pespublika Qan Bankından isə bildirilir ki, aksiya axşam saatlarınadək davam edəcək: "Hər il Aşura günündə 1.5 və ya 2 tona qədər qan tədarük olunur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə