Suraxanıda bomba həyəcanı

Bu gün Bakının Suraxanı rayonunda yaşayış binasının həyətində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. SİA-nın FHN-nə istinadən verdiyi məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-in müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər vətəndaşların təhlükəli sayılan ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə axtarış aparıblar.


Axtarış nəticəsində şübhəli əşya aşkar edilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə