“Milli birliyə gedən yol” adlı konfransın DAK-a heç bir aidiyyəti yoxdur”
9-10-11 dekabr 2011-ci il tarixdə İsveçin paytaxtı Stokholm şəhərində, 21 Azər Hərəkatı ərəfəsində keçirilməsi planlaşdırılan "Milli birliyə gedən yol" adlı konfransın Dünya Azərbaycanlıları Konqresinə (DAK) heç bir aidiyyəti yoxdur. DAK-dan SİA-ya verilən xəbərə görə, təşkilat belə bir adla tədbir keçirilməsinə deyil, hazırda DAK-la heç bir əlaqəsi olmayan şəxslərin təşkilat adından istifadə edib guya "birlik qurultayı"na hazırlıq məqsədilə konfrans keçirməyinə etiraz edir. Çünki vaxtilə DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına görə təşkilatdan uzaqlaşdırılmış adamların özlərini qurumun təmsilçiləri kimi qələmə verərək bu cür addımlar atması açıq-aydın təxribat və DAK-ı parçalamaq, Azərbaycanın bütövlüyü, Güneyin istiqlalını istəməyən qüvvələrə xidmətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB