Vankuverdə ilk Azərbaycan mədəniyyət mərkəzi açılıb

Vankuverdə ilk Azərbaycan mədəniyyət mərkəzi açılıb

Kanadanın Vankuver şəhərində Kanadada ilk dəfə olaraq Azərbaycan mədəniyyət və icma mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.

Qeyd olunan mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü olan Məhəmməd Purazadın xüsusi rolu olub. Belə ki, M.Purazad tərəfindən Azərbaycan mərkəzinin binasının əldə olunmuş və əsaslı təmir olunub.

Mərkəzin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan mədəniyyətinin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Tədbir Azərbaycan musiqi konserti ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə