Məleykə Abbaszadə tələbə qəbulu ilə bağlı 2011-ci ilin yekunlarını açıqladı
u il ali məktəblərə keçirilən qəbul imtahanlarında 103 min 185 abituriyent iştirak edib.Onların 1476 nəfəri yüksək nəticə göstərərək, 600-dən yuxarı bal toplayıb. Bu barədə qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərən gənclər barədə "Abituriyent" jurnalının 11-ci sayının təqdimatında TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, 600-dən yuxarı bal toplayan gənclərdən 957 nəfəri şəhər, 519 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar arasında mülki ali məktəblərlə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olanlar da var. Onların sayı 15 nəfərdir. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III 323, IV qrupda isə 458 nəfər təşkil edib. Qəbul imtahanlarında 4 nəfər maksimal nəticə - 700 bal toplayıb. Onların hamısı 1-ci ixtisas qrupun abituriyentləridir. TQDK sədri deyib ki, bu qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə ölkə prezidentin sərəncamı ilə təqaüd təyin edilib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB