"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsü çox təqdirəlayiqdir. Amma ermənilərin bu görüşlərdən müxtəlif bəhanələrlə imtina etməsi təəssüf doğurur. Bu fakt Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini göstərir". Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov söyləyib.
B. Səfərov bildirib ki, Qarabağ Azərbaycan xalqının tarixi torpağıdır və bu torpaqda yaşamaq azərbaycanlıların haqqıdır. Onun sözlərinə görə, ermənilərin cəhdlərinə baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşündə məqsəd gələcəkdə birgə yaşayışın yollarını müzakirə etməkdir. Əgər ermənilər bu görüşdən imtina edirsə, deməyə sözləri yoxdur. Erməni işğalçıları bu torpaqda dinc, günahsız insanları qətlə yetiriblər, bəlkə də buna görə danışmağa üzləri yoxdur. İndiyə qədər baş verənləri xatırladıqda, bu qənaətə də gəlmək olar ki, onların bu görüşlərdə iştirak etməyə cəsarətləri çatmır. Amma bütün hallarda biz öz torpağımıza qayıdacağıq. Eyni zamanda, Azərbaycan vətəndaşlığını qəbul edib, bu ölkənin qanunlarına tabe olan ermənilər də Qarabağda yaşaya bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB