Şəhidin adı əbədiləşdirildi

Vətən üçün canından, qanından keçərək şəhidlik zirvəzinə yüksələn Əfqan Yəhyayevin adı əbədiləşdirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Əfqan Yəhyayevin şəhid olduğu ərazidə xatirə kompleksi yaradılıb. Xocəvəd rayon İcra Hakimiyətinin təşəbbüsü ilə Qarabağ müharibəsi döyüşlərində şəhid olan Əfqan Yəhyayevin vurulduğu ərazinin adı əbədləşdirilib.

Xocəvəndin daşlı təpə istiqamətində gedən döyüşlərdə erməni hərbçilərinə göz verib, işıq verməyən Xaçmaz rayon sakini Əfqan Yəhyayev 1992 -ci ildə arxadan düşmən gülləsinə tüş gələrək şəhid oldu. Əfqan Yəhyayev evin tək oğlu olsa da Vətən sevgisi onu Xaçmazdan Qarabağa gətirdi. Könüllü olaraq müharibəyə gələn şəhid əsgərimiz Xocəvənd taborunda döyüş meydanına atıldı.

Nərgiztəpə adlanan bu ərazidə gedən döyüşlərdə onlarla erməni əsgərlərini yaralayıb, bir neçə ermənini isə öldürüb. Əfqan bu döyüşdə şəhid olmaq üçün yox, Vətəninin azad olunması üçün vuruşurdu.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə