Bərdədə polisinin keçirdiyi reyd zamanı təhlükəsizlik qaydalarına əməl etməyən və texniki baxışdam keçməyən yanacaq daşıyan avtomobillər saxlanılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bölgələrdə yanacaq daşıyan avtomobilər təhlükə saçır və eyni zaman da standartlara uyğun olmadan yanacaq daşınır. Yol polislərinin bu dəfəki reydi zamanı belə sürücülər saxlanılıb.
Qeyd edək ki, təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər avtomaşınlarını texniki baxışdan keçirməyib. Reyd zamanı bəzi sürücülər məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətiriblər. Kimisi hazırda sənəd düzəltirməyə gediyini bildirib, kimsisi isə sənədləri evdə qoyduğunu deyib. Reyd zamanı standartlara uyğun olmayan bu cür avtomaşınlar saxlanılaraq cərimə meydançasına aparılıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB