Vilnüsdə Qarabağ münaqişəsi müzakirə olunacaq

Vilnüsdə Qarabağ münaqişəsi müzakirə olunacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bonnda keçirilən Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak edir. XİN-in mətbuat katibi Elman Abdullayev SİA-ya açıqlamasında deyib ki, konfrans çərçivəsində XİN rəhbəri müzakirələrdə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Bundan sonra, E.Məmmədyarov dekabrın 6-7-də Vilnüsdə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclasında iştirak edəcək.

XİN rəhbəri iclas zamanı müzakirələrdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

E.Məmmədyarovun ATƏT rəhbərliyi, Türkiyə, Gürcüstan, Ukrayna, Litva və bir sıra digər ölkələrdən olan həmkarları ilə danışıqları gözlənilir. Nazir, həmçinin Gürcüstan, Ukrayna və Moldovanın da daxil olduğu GUAM formatında görüşdə iştirak edəcək.

XİN rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanması ətrafında müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə