Azərbaycan Dövlət Miqrasiya Xidməti bu ay 1105 nəfər xarici vətəndaş tərəfindən ölkə qanunvericiliyinin pozulması faktının üstünü açıb. Xidmətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz miqrasiya hallarına qarşı həyata keçirilən tədbir çərçivəsində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə yaşama qaydalarının pozulması halları aşkar edilib.
Görülən tədbirlər nəticəsində 1105 nəfər xarici vətəndaşdan 263 nəfəri cərimələnib və onların ölkə ərazisində yaşaması leqallaşdırılıb. 680 xarici vətəndaşa ölkəni tərk etməsi ilə bağlı 48 saat vaxt verilib. 216 xarici vətəndaşın isə məcburi sürətdə ölkən çıxarılması ilə bağlı qərar qəbul edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB