Salyanda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. Hadisə barədə SİA-nın Aran bürosuna Fövqəladə Hallar Nazirliyi Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 03.50 radələrində Salyan rayonunun Təzəkənd adlanan ərazisində, 1968-ci il təvəllüdlü Orucov Babək Daşdəmir oğluna məxsus ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə 153 kvadrat metr sahəsi olan ev içərisindəki bütün əşyalar, o cümlədən evdə yaşayan sakinlərə aid sənədlər tamam ilə yanıb.
Yanğının baş verməsinə səbəb elektrik enerjisində qısa qapanma olub. Hadisə yerinə Salyan və Şirvan Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomobili cəlb edilib. Yanğın lokallaşdırılıb, xəsarət alan olmayıb.
Faktla bağlı Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB