Gəncəli ziyalılara “Tərəqqi” medalı təqdim olunub - FOTO

Gəncəli ziyalılara “Tərəqqi” medalı təqdim olunub - FOTO

Gəncədə şəhər İcra Hakimiyyətinin növbəti müşavirəsi keçirilib. Tədbirdə gündəlikdə duran məsələlər müzakirə olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, müşavirədə prezident İlham Əliyev tərəfindən şəhərdə gedən iqtisadi və siyasi fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan Zirəddin Pənahov, o cümlədən Faiq Hacıyevə mükafatları verilib.

Ordeni adı çəkilən şəxslərə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təqdim edib. Bildirilib ki, bu şəxslər xidmətlərinin qarşılığı olaraq dövlət tərəfindən mükafatlandırılıb. Bu da bir daha ölkə başçısının Gəncəyə və Gəncədən olan ziyalılara diqqət və qayğısının növbəti təzahürüdür.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə