Ağsuda baş vermiş təbii fəlakət zamanı zədələnmiş naqil və dayaqlar dəyişdirilib
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi və beləliklə də, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi, "Mingəçevir Regional Elektrik Şəbəkəsi"nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. "Mingəçevir", "Ağdam" və "Ağsu" elektrik şəbəkələri bu qəbildən olan enerji təsərrüfatlarındandır.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, "Mingəçevir" EŞ üzrə dayanıqlığın daha da artırmaq, uçota nəzarəti gücləndirmək məqsədilə bir sıra müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, 110 kilovoltluq "Şəhər" yarımstansiyasından qidalanan bir neçə hava xəttində cərəyan və gərginlik transformatorları, eyni zamanda hesabat sayğacları quraşdırılmış, 4,4 kilometr uzunluğunda EVX təmir edilmiş, 35 kV-lik "Karxana – 601" yarımstansiyasından çıxan 6 kV-lik 12 və 18 saylı HX-lərinin əlaqələndirilməsi üçün 200 metr uzunluğunda EVX çəkilmiş və bir neçə dayaq quraşdırılıb. Analoji yenidənqurma və müxtəlif təyinatlı təmir işləri 0,4 kV-lik elektrik verilişi xətlərində və transformator məntəqələrində də aparılıb. Ümumilikdə, 5,5 kilometr xətt təmir edilib.
Qeyd edək ki, avtomobil məktəbində yerləşən məcburi köçkünlərin də enerji təchizatı diqqət mərkəzində olub. Belə ki, burada daha effektiv enerji təminatı yaratmaq məqsədilə SİP kabel xətləri çəkilib. Bundan başqa, şəhərin A. Məmmədov küçəsi 7a, Nizami küçəsi 2 saylı binalara gedən 0,4 kV-lik, Sabir küçəsi 3 və 6 saylı binalara gedən 0,4 kV-lik naqillər yeni SİP kabelləri ilə əvəz edilib.
Qeyd edək ki, ümumilikdə 44 ədəd transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb. Səmərəliliyin daha da artırılması məqsədilə EŞ üzrə müxtəlif sayda 1 və 3 fazalı smart kart sayğacları quraşdırılıb.
"Mingəçevir REŞ"in xidməti dairəsinə məxsus olan "Ağdam" və "Ağsu" elektrik şəbəkələrində də analoji tədbirlər uğurla icra edilib.
Məsələn, "Ağdam" EŞ üzrə 10 kV-lik "Kanal" hava elektrik verilişi xətti üzrə və 35/10 kV-lik "Qərvənd", eynigərginlikli "Qaradağlı" yarımstansiyaları üzrə naqillərin və ağac dayaqların dəyişdirilməsini bu tədbirlər sırasına daxil etmək olar.
Müvafiq tədbirlər Xındırıstan, Qaradağlı, Quzanlı və Alıbəyli kəndlərini qidalandıran 0,4 EVX-lərdə və transformator məntəqələrində (TM) də aparılıb. Ümumilikdə, 600 metrdən artıq naqıl, 10-dan çox dayaq dəyişdirilmiş, 54 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri görülmüş və 5 ədəd zədələnmiş transformator təmir edilərək şəbəkəyə qoşulub. Onu da qeyd edək ki, "Ağdam" EŞ üzrə quraşdırılımış yeni sayğacların sayı 428-i ötüb. Dəyişdirilmiş sayğacların sayı isə 1470 ədədə yaxındır.
Ağsu şəhərinin enerji təminatında xüsusi rol oynayan eyni adlı elektrik şəbəkəsində də bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri aparılıb. Enerji obyektindən bildirilir ki, 110/35/10 kV-lik "Ağsu" yarımstansiyasından çıxan "Cəfərli", "Qaravəlli", "İlxıçı", "Ləngəbiz" və "Ərəbmehdibəyli" hava elektrik verilişi xətlərində də uğurlu yenidənqurma işləri aparılmış, enerji ötürücülərin dayanıqlığı daha da artırılıb. O cümlədən, 22 ədəd dayaq və 3,8 kilometrə yaxın naqil dəyişdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



