Azərbaycanlı millət vəkilləri Türk dünyasına Xidmət ödülünə layiq görülüblər

Azərbaycanlı millət vəkilləri Türk dünyasına Xidmət ödülünə layiq görülüblər

Ərzurum Atatürk Universitetində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Əməkdaşlıq Təşkilatının, Ərzurum Əziziyyə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü ilə bağlı "Bir ürəkdə iki can: Azərbaycan və Türkiyə münasibətləri" mövzusuna həsr olunan beynəlxalq tədbirdə Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Nizami Cəfərov Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin Türk dünyasına Xidmət ödülünə layiq görülüblər.

SİA-nın xəbərinə görə, millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva tədbirdəki çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü, gələcəyi barədə, Azərbaycanın Türk dövlətləri və toplumları arasında münasibətlərin daha da inkişafı sahəsində gördüyü işlər, həyata keçirdiyi siyasət barədə danışıblar. Eyni zamanda Ərzuruma səfər çərçivəsində Türkiyənin millət vəkilləri, Ərzurum bələdiyyəsinin, Atatürk Universitetinin rəhbərliyi ilə görüşlər və fikir mübadiləsi aparılıb. Millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva Kanal 25 televiziyasını da ziyarət ediblər və proqramda iştirak ediblər. Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə