Hadı Rəcəbli: “Gələn ilin əvvəlində böyük qrup insanların əmək haqqları artırılacaq”

Hadı Rəcəbli: “Gələn ilin əvvəlində böyük qrup insanların əmək haqqları artırılacaq”

\"Azərbaycanda minimum əmək haqqı 10 faiz artırılıb. Dünyada gedən iqtisadi deqradasiya fonunda Azərbaycanda gedən proseslər ardıcıl davam edir\". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, yeni ilin əvvəlində böyük qrup insanların əmək haqqları artırılacaq: "Yeddi il əvvəl Azərbaycanda minimum əmək haqqı 25 manat idi. Bu gün isə 125 dollardır. İnflyasiya sürəti ilə bunu uyğunlaşdırsaq, görərik ki, bu sahədə Azərbaycanda dinamik artım gedir. Artırılan 10 faiz birbaşa 600 milyon əhalini əhatə edir. Bu, 500 milyon manata yaxın əlavə maliyyə yükü deməkdir. Ölkə prezidenti maliyyə qurumlarına verdiyi göstərişi ona yönəlib ki, ilin sonuna və ya gələn ilin əvvəlinə böyük qrup insanların əmək haqqları yenidən artırılsın. Bu, həkimlər və ya digər sosial sahənin nümayəndələri ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə